"Sumqayıt" klubu "Qarabağ"a qarşı keçirəcəkləri Premyer Liqanın 32-ci tur oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sözügedən qarşılaşmaya maraq böyük olduğu üçün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tam dolacağı bildirilib:
"Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız. Bu həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Qapılar saat 18:30-dan etibarən açılacaq".
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.
- “Qarabağ” SSKA-ya qarşı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir