Çinin Quançjou şəhərində tornado səbəbindən azı 5 nəfər həlak olub, 33 nəfər yaralanıb.
BUTA.TV Sinxua agentliyinə istinadla xəbər verir ki, tornado 140-dan çox fabrik binasına ziyan vurub. Yaşayış binalarının dağılması barədə məlumat verilmir.
Təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün hadisə yerinə axtarış-xilasetmə və qəza-bərpa briqadaları cəlb edilib.
Qeyd edilir ki, cəmi bir həftə əvvəl Quançjou və ona bitişik Quandun əyaləti ən azı dörd nəfərin ölümü ilə nəticələnən güclü yağışlara məruz qalıb, 100 mindən çox sakin təxliyə edilib. 25 mindən çox insan müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.
Çin Xalq Respublikasının ən vacib iqtisadi mərkəzlərindən biri olan Quançjouda təxminən 18 milyon insan yaşayır.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür