27-28 aprel tarixlərində Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə Respublika birinciliyi keçirilib.
BUTA.TV xəbər verir ki, yarışda 15 dövlət qurumunun komandası mübarizə apararaq öz qüvvələrini sınayıb.
Çempionatda ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası gərgin mübarizə şəraitində keçən yarışları qalib olaraq başa vurub.
Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə isə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan komandamız rəqibə 12:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.
- Azərbaycan müdafiə xərclərini artırır - MN
- Xəzər dənizi ilə bağlı kritik görüş
- Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi
- Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı
- Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?
- Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov
- Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı
- Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb