Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ciddi qanun pozuntularına yol verən yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyalarını ləğv edib.
Bu barədə BUTA.TV-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə lisenziyaya malik “Con-Sol Group” və “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Prokon” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.
"Keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb. fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır", - məlumatda qeyd olunub.
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video
- “AzerGold” Göygöldə yerli icmalarla növbəti görüş keçirdi
- Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı...
- Lökbatanda tullantı sutəmizləyici qurğu tikilir - Video
- Müavinət və təqaüd alanların nəzərinə!