NATO Ukrayna ordusuna dəstək verməklə bağlı iki vacib məqamı yerinə yetirməyib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan NATO Baş katibi Yens Stoltenberqlə görüşdə deyib.
"Cəbhədə sabitlik, ordumuzun qüdrəti, təşəbbüsü ələ almaq, əks-hücum əməliyyatlarını həyata keçirmək - bütün bunlar üç əsas məqamdan asılıdır. Birinci məqam maliyyədir ki, buna həm ikitərəfli səviyyədə tərəfdaşlar, həm də ABŞ müsbət səs verib. İkinci məqam - silahların vaxtında çatdırılmasıdır. Üçüncü məqam isə Ukraynaya dəqiq nəyin çatdırılması məsələsidir.
Alyans maliyyənin ayrılmasına səs verərək göstərilən şərtlərdən yalnız birincisini yerinə yetirib, lakin digər məsələlərdə müsbət cəhətlər görünmür", - Zelenski qeyd edib.
- Ermənistan indiki dalan vəziyyətindən çıxacaq - Prezident
- Biz Çinlə bunun üzərində işləyirik - İlham Əliyev
- Neft Fondu qızıla görə 10 milyarddan çox vəsait qazandı
- Prezident: Dünyada beynəlxalq hüquq yoxdur, güc var
- Rusiya 20 azərbaycanlını zorla müharibəyə göndərir
- Bu təşkilata üzv olmağımız böyük nailiyyətdir - Əliyev
- Bayden-Blinken əlaqələrimizi böhrana salmışdı - Prezident
- Prezident 907-ci düzəlişdən danışdı: Bunun iki səbəbi var