Rusiyada tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı jurnalist və ictimai siyasi xadim Maksim Şevçenko öz Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralıdır.
"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edib. Elman Paşayevin təxliyəsində köməklik göstərilməsi üçün məsələyə aidiyyəti olan hər kəsdən xahişim var”, - deyə Şevçenko yazıb.
- Müavinət və təqaüd alanların nəzərinə!
- Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard - Tələb edir
- Dənizdə batan gəncin axtarışları davam etdirilir - Video
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video