SEPAH komandirlərinin gizli iclasının ələ keçirilən səs yazısında etiraz aksiyaları zamanı həbs edilən 16 yaşlı yeniyetmə qız Nika Şakərəminin cinsi zorakılığa məruz qaldıqdan sonra öldürüldüyü məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Həbs edilən Nika Şakərəmi təcridxanaya aparılarkən yolda avtomobilin içində Arəş Kəlhor adlı məmur corabla onun ağzını bağlayıb, Sadiq Məncəzi adlı məmur isə ona qarşı cinsi zorakılıq edib”, - məlumatda bildirilib.
Bundan sonra yeniyetmə qızın Evin həbsxanasının təcridxanasına aparıldığı, orada etiraf almaq üçün işgəncə altında öldürüldüyü qeyd edilib.
Xatırladaq ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər.
Hökumətin rəsmi məlumatında Nika Şakərəminin binadan yıxılaraq öldüyü iddia edilib.
- Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan
- Azərbaycanlı fotoqraf Makrona məktub yazdı
- Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama
- Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya
- Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General
- Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?
- Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?
- Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib - Rəsmi