Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini satqın adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
“Ən acınacaqlısı odur ki, hələ də qanuni olaraq Gürcüstan prezidenti adlandırılan şəxs sözün hərfi mənasında, sadəcə olaraq, satqındır. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir. Təəssüf ki, bu gün bu adamı Gürcüstan prezidenti adlandırırlar, buna görə şəxsən gürcü cəmiyyətindən üzr istəyirəm”, - o bildirib.
Qeyd edək ki, Zurabişvilinin “Xarici agentlər Haqqında qalmaqallı qanun layihəsinə veto qoymağa hazırlaşdığı, bunun ardınca genişmiqyaslı etirazların gözlənildiyi bildirilir.
- Ermənistan Rusiyaya buna görə nota verdi – Video
- ABŞ-İrəvan sazişi: Bu, İranla müharibəyə hazırlıqdır - Özər
- Ermənistan Rusiyaya nota verdi
- Bayramova ingiliscə saxta məktub... - Arkov
- Konfransa çağırılıb həbs edilən azərbaycanlı açıqlama yaydı
- ABŞ qüvvələri sərhədimizə yeridilir: Məqsəd nədir?
- Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi
- ABŞ-Ermənistan strateji sazişi – Tam mətn