Avropa Birliyinin Sülh Fondu vasitəsilə Ermənistana maliyyə ayırması haqda qərar verilsə də, bu qərarın praktiki icrası bloklanıb.
BUTA.TV Publika.az-a sitinadla xəbər verir ki, buna səbəb AB üzvü Macarıstanın Sülh Fondundan Ermənistana dəstək verilməsi layihəsinə veto qoymasıdır.
“Azadlıq radiosu”nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Macarıstanın şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir.
Qeyd edək ki, AB Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq əldə edilib. Bu maliyyə bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunacaq. Məlumata görə, yardım sənədi artıq bir neçə həftədir Macarıstan tərəfindən bloklanıb.
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman