Marağa şəhərinin Xangah kəndində yerləşən tarixi Hacı Məhəmməd Bağır körpüsü uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Kult.az xəbər verir ki, körpünün bərpası və qorunması ilə bağlı heç bir iş aparılmır.
1616-cı ildə Səfəvi imperiyası dövründə Çəkançay üzərində inşa edilən üçtağlı körpü 24 metr uzunluğunda, 4 metr enindədir.
Marağa ilə Azərbaycan və başqa əyalətləri birləşdirən körpünün tikintisində yerli mədən daşları və bişmiş qırmızı kərpicdən istifadə olunub.
Tarixi abidənin 2022-ci ilin sentyabr ayında İran Milli Əsərləri siyahısında qeydə alınmasına baxmayaraq, bərpası üçün vəsait ayrılmayıb.
Qeyd edək ki, körpü görünüşü, memarlıq üslubu və tikintisində istifadə olunan materiallara görə, Araz üzərindəki Xudafərin körpüsünün kiçik oxşarı sayılır.
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi