Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı

02:24 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı

Venesuelanın Bolivar ştatında kiçikhəcmli təyyarə qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə "El Pitazo" nəşrinin məlumatında deyilir.

Təyyarədə ukraynalı model Sofiya Komar və iki yerli iş adamı olub.

Bildirilib ki, Kanaima Milli Parkından havaya qalxan təyyarə Syudad-Bolivar hava limanında qəzaya düşüb.

İlkin məlumata görə, bütün sərnişinlər və pilotlar xəsarət alsalar da sağ qalıblar.

Qəzanın səbəbləri araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol