ABŞ qüvvələri çobanı Əl-Qaidənin yüksək rütbəli məmuru ilə səhv salaraq, pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürüb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post”un araşdırmasında deyilib.
ABŞ Mərkəzi Komandanlığının insidentdən təxminən bir il sonra verdiyi açıqlamada, "3 may 2023-cü ildə ABŞ Suriyanın şimal-qərbində Əl-Qaidənin yüksək rütbəli liderini hədəf alan birtərəfli antiterror hava hücumu həyata keçirdi" deyilib.
İstintaq ABŞ ordusunun Əl-Qaidə hədəfini səhv müəyyən etdiyini və onun əvəzinə mülki vətəndaşın, Lüfti Həsən Mastonun vurularaq öldürüldüyünü müəyyən edib.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
“Vaşinqton Post” 2023-cü ilin mayında bu əməliyyatdan sonra təhqiqata başlayıb və ABŞ rəsmilərinin öldürüldüyünü söylədiyi Əl-Qaidə əməliyyatçısının kimliyinə şübhə ilə yanaşıb. Bir ay sonra ABŞ ordusu insidentlə bağlı öz araşdırmasına başlayıb.
Mərkəzi Komandanlıq bildirib ki, apardığı araşdırma əməliyyatda bir neçə problemin olduğunu aşkar edib, lakin hədəfi müəyyən edə bilməməsinin səbəbini dəqiq açıqlamayıb.
Öldürülən çoban 56 yaşında olub və Suriyanın Qorkanya şəhərində yaşayırmış. Öldüyü gün ABŞ-ın “Predator” pilotsuz təyyarəsi onu izləyib və evinin arxasına düşən “Hellfire” raketi ilə vurub.
“Vaşinqton Post” yazıb ki, hədəfin kim olduğu və ya yanlış istiqamətləndirilmiş zərbəyə görə kiminsə cavabdeh olub-olmayacağı hələ də bəlli deyil.
- MAQATE Suriya ilə bağlı qərarını verdi
- Xarkovda yenidən ardıcıl partlayışlar baş verdi
- Zelenski o hərəkətinə görə tənqid olundu
- İranla müharibə bu tarixdə başa çatacaq - Tramp
- “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
- Putin saziş bağlamaq istəyir - Tramp
- Zelenskinin təyyarəsi az qala PUA ilə toqquşacaqdı
- Paşinyan Makronla görüşdü