Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda noyabr ayında iqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirin keçirildiyi günlərdə dünyada müharibələrin dayandırılması çağırışının edilə biləcəyi bildirib. Adətən olimpiya oyunları günlərində müharibələrin dayandırılması çağırışı edilir. Hikmət Hacıyev bununla bağlı müzakirələrin və məsləhətləşmələrin aparıldığını deyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr, bu, hamı üçün faydalı olar:
“Digər tərəfdən bu Bakıda keçirilən COP-29-un əhəmiyyətini artırar. Əslində söhbət iki – Rusiya-Ukrayna və İsrail-HƏMAS müharibəsinə ara verilməsindən gedir. Birinci müharibə iki ildən çoxdur davam edir və toqquşmaların bu il də davam etməsi ehtimalı yüksəkdir. İsrail Qəzzada apardığı müharibənin isə noyabr ayına qədər bitməsi ehtimalı var. Deməli, əsas müzakirə Moskva və Kiyevlə getməlidir ki, noyabr ayında iqlim dəyişikliyi ilə bağlı konfrans günlərində müharibəyə ara versinlər. Ukrayna Prezidenti Vladimir Zelenskinin noyabr ayında Bakıdakı beynəlxalq tədbirdə iştirakı mümkündür. Zelenskinin Bakıya gəlişi Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Əgər Vladimir Zelenski Bakıda olacaqsa, Kiyev Bakının çağırışına uyğun müharibəyə bir müddət ara verə bilər. Kreml Bakının təklifini qəbul edəcəkmi – bunu söyləmək çətindir, çünki Rusiya hücumu genişləndirməyə və işğal ərazisini böyütməyə çalışır”.
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
Ekspert xatırladıb ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Çində yay olimpiya günlərinə təsadüf etmişdi:
“Yəni Olimpiada müharibəyə mane olmadı. Bakıda konfrans günlərində müharibələr dayandırılmasa belə, tədbirə qədər Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması əhəmiyyətli olacaq”.
- Baş Prokurorluq da işə qarışdı - Araşdırma aparılır
- Başçı özünə birinci müavin təyin etdi
- Sabah 38 dərəcə isti olacaq
- Ştaynmayer Əliyevi belə qarşıladı - Video
- Bakıda özəl klinikada ölən körpə zirzəmiyə atılıb?
- İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?
- Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
- Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı