Yeni qanun özəl bağçalarda qiymət artımına səbəb olacaq?

15:21 - 20 İyul 2026 - GÜNDƏM

 Yeni qanun özəl bağçalarda qiymət artımına səbəb olacaq?

Yeni qəbul olunmuş qanunun özəl məktəbəqədər təhsil müəssisələrində qiymət artımına səbəb olub-olmayacağını bazar müəyyən edəcək.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, özəl müəssisələr xidmət haqqını artırdıqca müsabiqədə qalib olmaq və daha çox uşağı cəlb etmək imkanları azalır.

"Özəl müəssisələr bunu yaxşı bilirlər. Hesab edirəm ki, bu baxımdan ciddi qiymət artımı baş verməyəcək", – deyə Vəfa Yaqublu vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Tennis Akademiyasında ölüm

Direktor müavini qeyd edib ki, qəbul edilən qanun bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq.

Onun sözlərinə görə, digər tərəfdən bu mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək.

"Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Tam gücü ilə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə yeni tərbiyəçi-müəllimlərə və dayələrə ehtiyac yaranacaq ki, bu da onların məşğulluğunun təmin olunmasına töhfə verəcək", - deyə Vəfa Yaqublu əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol