Arif Hüseynov sədrliyinə xitam verilməsi üçün müraciət etdi

15:54 - 20 İyul 2026 - GÜNDƏM

 Arif Hüseynov sədrliyinə xitam verilməsi üçün müraciət etdi

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və “Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.

BUTA.TV müraciətin mətnini təqdim edir:

"Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə

Hörmətli həmyaşıdlar!

Bu xəbər hal-hazırda çox oxunur
Tennis Akademiyasında ölüm

Sizə bildirmək istəyirəm ki, Azərbaycan Rəssamlar İttifaqının ali maraqlarını hər zaman nəzərə alaraq yüksək tutmuşam. 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərirəm.

Bu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, milli rəssamlıq ənənələrinin qorunması və yeni nəsil sənətkarların yetişməsi naminə bütün bilik və təcrübəmi səfərbər etməyə çalışmışam. Mənə göstərilən etimadı hər zaman böyük məsuliyyət hesab etmişəm.

Hazırda ömrümün 83-cü ilini yaşayıram. Yaşımı, sağlamlıq vəziyyətimi və qarşıda həyata keçirmək istədiyim yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlmişəm.

Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyyətinin hər bur üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol