Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı dalğıc-axtarış və xilasetmə işinin təşkili sahəsində birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.
BUTA.TV FHN-ə istinadla xəbər verir ki, “Dəyirmi masa”da nazirliyin regionda fəaliyyət göstərən struktur bölmələrinin nümayəndələri, Xaçmaz, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbir zamanı FHN Şimal Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şimal regionu üzrə Kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən region üzrə çimərliklərdə və digər sututarlarda təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlərinin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar edilmiş nöqsanlar, maarifləndirmə işinin vəziyyəti və həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı geniş məlumat verilib.
Tədbirdə, həmçinin regionda fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səslənib, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.
- DÇ sevincinə faciə kölgə saldı
- Bütün dövrlərin ən güclü qadın şahmatçısına prezident olmağı təklif etdi
- İynə atsan, yerə düşməz - Çempionlar belə qarşılandı - Video
- 6 aydır bu rayonun icra başçısı yoxdur
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- “17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq