Xaçmaz şəhərində iki divarın arasında sıxılıb qalan sahibsiz itin vəziyyəti ətrafdakı sakinlərin diqqətini çəkib.
“BUTA.TV” xəbər verir ki, hərəkət etmək imkanı olmayan, köməksiz halda qalan heyvanın iniltilərini eşidən insanlar onu xilas etməyə çalışsalar da, cəhdləri nəticəsiz qalıb.
Hadisə şahidləri yardıma Fövqəladə Hallar Nazirliyini çağırıblar. Qısa müddətdə hadisə yerinə çatan FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri vəziyyəti operativ qiymətləndirərək xüsusi xilasetmə avadanlıqlarından istifadə ilə iki divarın arasında sıxılmış iti təhlükəsiz şəkildə azad ediblər.
Xilasedicilər heyvanı azad etdikdən sonra ona su və qida veriblər.
- Bütün dövrlərin ən güclü qadın şahmatçısına prezident olmağı təklif etdi
- İynə atsan, yerə düşməz - Çempionlar belə qarşılandı - Video
- 6 aydır bu rayonun icra başçısı yoxdur
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- “17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi