Azərbaycan xüsusi təyinatlıları İordaniyada...

15:09 - 20 İyul 2026 - GÜNDƏM

 Azərbaycan xüsusi təyinatlıları İordaniyada...

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə "Zülfüqar" adlı birgə hərbi təlimdə iştirak edir.

BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə Azərbaycanla yanaşı İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları iştirak edir.

Pilotsuz uçuş aparatları (PUA), müasir hərbi texnika və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir.

Bu xəbər hal-hazırda çox oxunur
Tennis Akademiyasında ölüm

İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas edilməsi və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər.

Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol