İstidə su səpilməsinə Bakıda ehtiyac yoxdur? - Ekspert

14:27 - 20 İyul 2026 - GÜNDƏM

 İstidə su səpilməsinə Bakıda ehtiyac yoxdur? - Ekspert

Çin və Cənubi Koreyanın bəzi şəhərlərində yay aylarında yüksək temperaturun təsirini azaltmaq üçün yolların, binaların və metroların üzərinə avtomatik su püskürtmə sistemləri, süni yağışlar quraşdırılıb. Mütəmadi olaraq işləyən bu sistemlər asfaltın və binaların səth temperaturunu aşağı salmaqla yanaşı, toz hissəciklərinin də azalmasına kömək edir.

Sözügedən mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli BUTA.TV-a açıqlamasında bildirib ki, Cənubi Koreya və Çin yüksək texnologiyalara malik ölkələrdir və ekstremal isti hava şəraitində müxtəlif innovativ sistemlərdən istifadə edə bilərlər.

“Lakin Azərbaycanda bu cür üsulların tətbiqinə ehtiyac yoxdur. Çünki ölkəmizdə su ehtiyatları ilə bağlı müəyyən problemlər mövcuddur və isti havalarda genişmiqyaslı su istifadəsi əlavə yük yarada bilər. Digər tərəfdən, Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşdiyindən yay aylarında müşahidə olunan istilər adətən ekstremal səviyyəyə çatmır.

Hazırda və yaxın günlər üçün də 40 dərəcədən yuxarı temperatur proqnozlaşdırılmır. Buna görə də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə insanları sərinlətmək məqsədilə bu tip sistemlərin tətbiqi zəruri hesab edilmir. Əksinə, mövcud hava şəraiti insanların dəniz sahilində və açıq havada istirahət etməsi üçün əlverişlidir”, - o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Tennis Akademiyasında ölüm

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol