Bakıda tixacların aradan qaldırılması üçün Ziya Bünyadov prospektinə paralel olaraq Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər çəkiləcək yeni yolun məşhur “Keşlə” bazarının ərazisindən keçəcəyi və buna görə də bazarın söküləcəyi haqda məlumat yayılıb.
Bu barədə BUTA.TV-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, bu haqda hazırda qəti söz demək çətindir.
“Hazırda tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. İndiki mərhələdə tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. Bu işlər yekunlaşandan sonra bu barədə dəqiq söz demək mümkün olacaq”, - A.Nəcəfli qeyd edib.
- Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı
- Rusiyada bu hava limanları bağlandı
- Putin və Tokayev görüşdü
- Bu ölkə İranla görüşlərdən imtina etdi
- Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm