Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Belə ki, sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
- Azərbaycanda Feysbuk çökdü
- Bu rayonlara yağış yağdı – Faktiki hava
- Yağış, külək, ildırım... – FHN xəbərdarlıq etdi
- Odessada həlak olan gəmi kapitanı dəfn edildi
- Sevincin və məyusluğun fövqündə olan anlar... - Video
- 14 illik dövr başa çatdı... - Fotolar
- İngiltərə 60 il sonra DÇ-də mükafat qazandı - Video-Yenilənib
- Bakıda kuryerlərin əsas problemi: Xüsusi dayanacaq... - Video