“Sənət dostlarımız fəxri ad məsələsinə görə qırılır, sınır. Birinə bu adı verirlər, o biri kənarda qalır. Ya hamımızı yığıb içi mən qarışıq fəxri ad verin, bilək ki, hamımız əməkdar və xalq artistiyik, ya da ümumiyyətlə, yığışdırın.
Dostlarımızın əli sənətdən soyuyur, oxumurlar, soruşanda da deyirlər ki, mənə qiymət verilmir”. Bu sözləri müğənni Əlikram Bayramov deyib. Uzun illərdir sənət adamları arasında gedən fəxri ad qalmaqalına münasibət bildirən ifaçı bu cür adları gərəksiz hesab edib:
“Fəxri adlar Əbülfəs Qarayevin vaxtında çox verildi. Ondan sonra gələnlər isə demokratik insanlardır, ona görə son illər kiməsə ad verilmir. Biz demokratik dövlətdə yaşayırıq, yeni şeylər axtarıb tapmalıyıq.
O gün biz qazi məclisində idim, oxuyurdum. Məclisdə nə qədər gizir, komandir, qazı var idi, heç biri soruşmurdu ki, ay Əlikram, sənin fəxri adın var? Onlar elə bilirlər, mən Xalq artistiyəm. Mənə xalqın sevgisi lazımdır, Xalq artisti adı yox.
Biz sərhədləri keçməli, xarici arenalara çıxmalıyıq, xaricdə konsertlər verməliyik, fikrimiz, məqsədimiz bu olmalıdır. Amma biz tutub dayanmışıq ki, “Mənə niyə ad vermirsiniz?”. Bu söhbəti bitirin, artıq yeni nazirlərimiz də buna fikir vermir, çünki demokratik, yeni fikirli adamlardırlar. Onlar xarici təcrübəyə baxırlar. Yaxşı bilirlər ki, bu fəxri adlar başqa yerlərdə yoxdur.
Bu fəxri ad məsələsini bizim televiziya aparıcılarımız şişirib. Kimsə efirə çıxanda əvvəlcədən uzadaraq qışqırırlar ki, səhnəmizə respublikanın əməkdar artisti gəlir. Ay qardaş biz haradayıq? Bu nə pafosdur?
Mən bunu fəxri adım olmadığı üçün demirəm. 20 ildən çoxdur dövlət idarəsində, mədəniyyət sahəsində işləyirəm, lazım olsaydı, adımı yazdırardım. Amma mənə bu lazım deyil.
Götürüb qəbirlərin üstünə də bunu qeyd edirlər, fikirləşirəm ki, gələcək nəsil buna necə baxacaq? O boyda sənət adamının baş daşına bunu yazmaq düzgün deyil. Onun mahnıları dillər əzbəridir, sənəti var.
Bu dövr artıq getdi, fəxri adlar geridə qaldı, gənc nəsil də bunu qəbul eləmir. Heç məndən bir nəfər də soruşmur ki, sənin adın var, yoxsa yoxdur?”
Ə.Bayramov bildirib ki, sənətçiləri fəxri adlar yox, onların mahnıları daim yaşadır. Onun sözlərinə görə, dəfələrlə fəxri ad almaq şansı olsa da, buna görə heç kəsə ağız açmayıb:
“Bar-bar bağırırlar ki, respublikanın filan fəxri adını alan artisti. Nə olub? Nə həşirdir? Dağıstanın Xalq artisti adını alanlar belə var, efirdə onu da qeyd edirlər. Nə dəxli var? Bu mənim şəxsi fikrimdir, dostlarımın xətrinə dəyməsin. Birdən fikirləşər ki, Əlikram ad almayıb deyə danışır, amma belə deyil, Allaha and olsun mənə o ad lazım deyil.
Məni iş yerimdən çağırmışdılar ki, gəl təqdimatını göndərək, sən də ad al. Allah şahidimdir ki, mən buna görə getmədim. Neynirəm axı? Nəyimə lazımdır? Mən xalqın sevgisi ilə yaşayan insanam, mahnılarım xalqın dillər əzbəridir. Bu mənə bəsdir. Əməkdar artist fəxri adı məndən sonra adımı yaşatmayacaq, məni daimi yaşadan mahnılarım olacaq
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış