Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat X hesabında yazıb.
“Bunun üçün İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır. Ankaranın bununla bağlı qərarı qətidir və ticarət əlaqələrinin bərpasına dair iddialar həqiqətə uyğun deyil”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.
- Tramp da tarixi razılaşmanı elan etdi
- Xəzər sahilində daha bir xoşagəlməz görüntü – Video
- İlham Əliyev Trampın ad gününü belə təbrik etdi
- Bu Festivaldan doymaq olmur - Video
- Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
- Almaniya Kürasaonu debütə peşman etdi - Yenilənib+Video
- Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə ciddi xəbərdarlıq+Video
- Bakıda gənclərin təhlükəli velosiped şousu - Video