Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi Baqrat Qalstanyan olmalıdır.
BUTA.TV xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib. “Hesab edirəm ki, dünən parlamentə daxil olmaq və Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləşmələr apardığını elan edən Baqrat Qalstanyan düzgün yoldadır. Konstitusiya da bu qüvvələrin baş nazirliyə namizədlərini təqdim etmələrini tələb edir. Hazırda hesab edirəm ki, baş nazir postuna namizəd Baqrat Qalstanyan olmalıdır”, - Oskanyan bildirib.
Oskanyan hər kəsi Baqratın əsgəri olmağa çağırıb.
Qeyd edək ki, Ermənistanda xalq müxalifət liderlərinə inanmır və onlara etimad çox aşağı səviyyədədir. Buna görə də erməni müxalifəti keşiş Baqratın arxasında gizlənib, onu qabağa veriblər və keşişi baş nazir etmək təşəbbüsü də göstərilir.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video