“Türkiyədə infilyasiyanın yüksək dinamikası uzunmüddətli dövrdə lirənin dəyərsizləşməsinin nəticəsi olaraq ortaya çıxır. Proqnozlar bundan ibarətdir ki, 2024-cü ilin 2-ci yarısından mərhələli şəkildə infilyasiya tempində azalma qeydə alınacaqdır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Qeyd edib ki, bir sıra şəxslər bu prosesdən zərər görəcək:
“Baza effekti də nəzərə alınmaqla, eyni zamanda son seçkilərdən sonra lirənin məzənnəsində nisbətən sabitləşmə müşahidə edilir. Amma indiki halda təbii olaraq, infilyasiya lirənin dəyərsizləşməsi tempinə uyğunlaşmalıdır. Bu aspektdən məsələyə nəzər salsaq, Azərbaycanda bir sıra stakeholderlər (maraqlı tərəf) var ki, bu prosesdən müxtəlif formada zərər və fayda götürə bilərlər. İlk növbədə, Türkiyədə məhsulların bahalaşması Azərbaycandan bu ölkəyə ixrac olunan məhsulların rəqabət imkanını artırır. Beləliklə, eyni zamanda yerli istehlakçıların daxili bazarlarda da rəqabət aparmaq gücü artır. Çünki Türkiyədən idxal olunan məhsullar ölkə daxilində də nisbətən yüksək qiymətə təklif ediləcək. Bu da yerli istehsalçılarımızın müəyyən mənada daxili bazarlarda rəqabət gücünü dəstəkləyəcəkdir. Amma idxalçılar və fərdi tələbat mallarını Türkiyədən sifariş edən fiziki şəxslər üçün qiymətlərin bahalaşması xərclər daha da artacaqdır. Nəticədə, vətəndaşlarımız bu prosesdən sonra öz büdcələrini əvvəlki qədər səmərəli istifadə edə bilməyəcəklər. Türkiyədən Azərbaycana daha çox geyim, kosmetika, mebel və digər avadanlıqlar idxal olunur. Artıq onların qiymətində öncəki rəqəmlərlə müqayisədə artım görüləcək və daha baha olacaq”.
İqtisadçı yerli istehsalçıların infilyasiyadan müsbət dərəcədə yararlana biləcəyini də vurğulayıb:
“Azərbaycanlıların Türkiyədə ən çox istehlak etdiyi xidmət növlərindən biri də turizmdir. İnfilyasiya bu ölkədə həmin sahədə də xidmətlərin bahalaşmasına gətirib çıxarır. Türkiyəyə istirahət üçün səfər edən vətəndaşlarımızın da bahalaşma səbəbindən xərcləri bir qədər artacaq. Ümumilikdə isə, idxalçılar, şirkətlər, o cümlədən, fiziki şəxslər infilyasiyanın zərər vurduğu tərəf olacaq. Yerli istehsalçılarımız isə həm daxili bazarda, həm də Türkiyə bazarında nisbətən daha rəqabətli mövqeyə yüksələcəkdir”
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir