Saç tökülməsinə son! - Bunları edin...

17:28 - 10 May 2024 - CƏMİYYƏT

 Saç tökülməsinə son! - Bunları edin...

Artıq saç transplantasiyasına ehtiyac yoxdur. 

Saç tökülməsi ən çox rastlanılan problemlərdən biridir. Hər kəs həyatının bir dönəmində saç tökülməsi problemi ilə qarşılaşır. 

BUTA.TV xəbər verir ki, saçlarınız müxtəlif səbəblərdən tökülə bilər. Stress, genetik faktorlar, düzgün qidalanmama, vitamin və mineral çatışmazlığı, yanlış saç baxım təcrübələri, boyama kimi həddindən artıq kimyəvi proseslərə məruz qalma, saçlara istilik tətbiqi saç tökülməsinin ən əsas səbəbi hesab edilir. 

Gündə orta hesabla 80-100 tel saç tökülməsi normal sayılır. Ancaq həddindən artıq saç tökülməsinin qarşısını almaq üçün mütəxəssislə məsləhətləşmək lazımdır. 

Mütəxəssislər saçlara düzgün qulluq üsullarını tətbiq etməklə və gündəlik vərdişlərinizə diqqət yetirməklə, saç tökülməsini dayandıra və ciddi nəticələr vermədən saçların gücləndirə bilinəcəyini bildirirlər. 

Bəzi təbii yağlar güclü vitamin mənbəyidir. Saç baxım rutininə əlavə olunduğunda və müntəzəm olaraq saç köklərinə tətbiq edildikdə saç köklərində vitaminləri saxlayaraq saç tökülməsi problemini aradan qaldırır. Saçların güclü, canlı və sağlam uzanmasına kömək edir. Saç köklərini qidalandırdığı üçün tökülən saçların yerinə yeni saçların çıxmasını təmin edir. Bu şəkildə saç tökülməsi yaşasanız belə, yeni saçlarınız çox tez uzanacaq. 

Yumurta güclü protein mənbəyidir. B12 vitamini ilə zəngin olan yumurta sarısı saç tökülməsinin qarşısını alır. Dərini qidalandırdığı üçün saçları çox qalınlaşdırır. Hər səhər 1 qaynadılmış yumurta yeyərək saçlarınızın güclənməsinə dəstək ola bilərsiniz. 

Zəngin bir lif qaynağı olan yaşıl yarpaqlı tərəvəzlər saç tökülməsini dayandıra bilər. 

Həmçinin onların müntəzəm istifadəsi kəpəyin əmələ gəlməsini aradan qaldırır.

Zeytun yağı, qara zirə yağı, sarımsaq yağı, bənövşə yağı, qatıq kimi ərzaqlar tərkibindəki vitaminlərlə saç tökülməsinin qarşısını alır.

Şeyla Səmiyeva 


- kanalımız


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol