Xəbər verdiyimiz kimi, ötən gün müğənni Günel Zeynalova ifaçı qardaşı Tunar Rəhmanoğlunun övladı Rəhman üçün kiçik toy məclisi edib.
Sənətçinin dəvəti ilə məclisə gələn Xalq artisti Nazpəri Dostəliyeva “Dilbərim” adlı mahnısını ifa edib. Bundan sonra Günelin atası Rəhman bəy Nazpərinin əlindən tutaraq Günelin yanına rəqs etməyə aparıb. Lakin Dostəliyeva rəqs etməkdən imtina edib. Buna səbəb isə ard-arda, əvvəlcə oğlu Əlinin daha sonra isə müğənni bacısı Zeynəb Dostəliyevanın həyatdan köçməsi olub.
Nazpəri məclislərdə çıxış etsə də, rəqs etmir. Günel bunu anlayaraq onu yanağından öpüb və məclislərinə gəlib iştirak etdiyi üçün ona təşəkkürünü bildirib. Həmin anlar lentə alınıb və G.Zeynalova onları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
- Bakı-Ağdam qatar bileti artıq 7 günlük səfər icazəsi verir
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı
- ABŞ səfirliyindən azərbaycanlılara müraciət: DÇ-2026...
- Bakıda həbsdə olan daha 7 erməniyə hökm oxundu
- Magistraturaya qəbul imtahanı keçiriləcək
- Naxçıvanda qarın hündürlüyü 89 sm oldu
- İcra başçısı özünə birinci müavin təyin etdi
- 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub... - Təfərrüat