2016-cı ildə mənə ard-arda zənglər edilirdi: ABŞ-ın Dövlət katibi, Fransa, Rusiya xarici işlər naziri, Aprel döyüşlərinin ilk günlərində Ağ Evin müşaviri.
BUTA.TV xəbər verir ki, bunu keçmiş XİN rəhbəri Elmar Məmmədyarov İTV-yə müsahibəsində qeyd edib.
“Tez-tez mənə zənglər edir və çox qəribə ideyalarla çıxış edirdilər. Deyirdilər, “Siz orada haranı isə götürmüsünüz, indi ordunu geri, başlanğıc mövqeyinə qaytarmaq lazımdır”. Mən isə onlara belə cavab verirdim: “Siz nə danışırsınız? Biz öz ərazimizdəyik. Biz Təhlükəsizlik Şurasının sizin yekdilliklə qəbul etdiyiniz müvafiq qətnamələrə uyğun hərəkət edirik. İndi siz deyirsiniz ki, yenidən başlanğıc mövqeyinə qayıtmalıyıq? Bu, mümkün olan bir iş deyil”. Yəni, bu cür gərginliklər var idi”, – deyə keçmiş nazir qeyd edib.
- Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib - Foto
- Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - Video
- Bəzi ərazilərə leysan yağdı
- Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
- “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa
- Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar
- Həftəsonu rayonlara gedənlərin nəzərinə!
- Xırdalanda yaşayış binasında yanğın - Video