Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə Qarabağda keçmiş separatçıların qondarma “müdafiə naziri” olmuş, hazırda Ermənistanda Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan deyib.
Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir.
“4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda, qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”, - o bildirib.
Jurnalist “Azərbaycan Sünikdən Zəngəzur dəhlizi istəyir” sözlərinə Babayan “Yalan deyirsiniz” deyə cavab verib: “Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqarad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil”.
Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.
- Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir
- Azərbaycan BMT ilə mühüm sənəd imzaladı
- Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?
- Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi
- General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər
- Hakan Fidan Ramil Həsəni qəbul etdi
- Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü
- Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?