Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsova qarşı cinayət işi açıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı bəndinə əsasən, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
“İstintaqa görə, 2021-2023-cü illərdə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsinin rəisi vəzifəsində çalışan Kuznetsov kommersiya strukturlarının nümayəndələrindən onların xeyrinə müəyyən hərəkətlərə görə rüşvət alıb. Onun faktiki yaşayış və qeydiyyat yerlərində aparılan axtarışlar zamanı 100 milyondan çox rubl və xarici valyutada pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar aşkar edilərək götürülüb. Müstəntiqin vəsatəti əsasında məhkəmə Kuznetsov barəsində həbs qətimkan tədbiri seçib”, - Petrenko bildirib.
Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bəzi ərazilərə leysan yağdı
- Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
- “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa
- Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar
- Həftəsonu rayonlara gedənlərin nəzərinə!
- Xırdalanda yaşayış binasında yanğın - Video
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı? - Fotolar