İğdır-Naxçıvan qaz kəmərinin ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində deyib.
Onun sözlərinə görə, bu qış mövsümündə Naxçıvana təbii qaz Türkiyə üzərindən təslim ediləcək.
Xatırladaq ki, 2023-cü ilin sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Diametri 16 düym (40 sm) olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Boru kəmərinin Azərbaycan hissəsinin uzunluğu 17,5 km, Türkiyə hissəsinin uzunluğu 80 km-dir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
- Bəzi ərazilərə leysan yağdı
- Bakıda azyaşlı bacı-qardaş itkin düşdü
- “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa
- Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar
- Həftəsonu rayonlara gedənlərin nəzərinə!
- Xırdalanda yaşayış binasında yanğın - Video
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini dəyişən tvit - İki Lionel tarixi necə yenidən yazdı? - Fotolar