Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

15:46 - 14 May 2024 - GÜNDƏM

 Ermənistan və İran Araz üzərində 2-ci körpünü tikə bilər

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq.

BUTA.TV “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə “Yol Departamenti” Fondu məlumat yayıb.

Sözügedən məsələ fondun direktoru Qor Avetisyanla İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndələri arasında müzakirə olunub.

Qeyd olunub ki, ikinci körpünün tikintisinə ehtiyac İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin axınının artması fonunda yaranıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Xatırladaq ki, çay üzərindən yeni körpünün tikintisi layihəsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvan mövcud körpüyə paralel olaraq yeni körpünün də tikiləcəyini istisna etməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol