İrəvanda ilk: Ermənistan və Hindistan nümayəndələri...

21:24 - 14 May 2024 - GÜNDƏM

 İrəvanda ilk: Ermənistan və Hindistan nümayəndələri...

İrəvanda Ermənistanla Hindistan arasında müdafiə sahəsi ilə bağlı ilk məsləhətləşmələr keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, görüşdə Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katibi Şri Vişveşa Negi iştirak edib.

Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Xatırladaq ki, Ermənistan son 2 ildə Hindistanla yüz milyonlarla dollar dəyərində hərbi sazişlər bağlayıb. Müqavilələr çərçivəsində haubitsa, MLRS sistemləri, döyüş sursatları və s. tədarük edilib və ya tədarükü planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol