Trampın şəxsi təyyarəsi qəza etdi

11:14 - 15 May 2024 - GÜNDƏM

 Trampın şəxsi təyyarəsi qəza etdi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi Boinq-757 təyyarəsi Florida ştatındakı “West Palm Beach” beynəlxalq hava limanında digər korporativ təyyarə ilə toqquşub.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Təyyarə hava limanında hərəkət edərkən qanadı park edilmiş və boş olan digər korporativ təyyarəyə ilişib. Faktla bağlı araşdırma aparılır. Boinq-757-nin toqquşduğu təyyarənin kimə məxsus olduğu məlum deyil”, - məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol