"Xan arxı" adlanan suvarma kanalının Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsi tullantılardan təmizlənib.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Azər Quliyev məlumat verib.
O bildirib ki, kanal xidmətin əməkdaşlarının nəzarəti altında tullantıların idarə olunmasına cavabdeh qurum olan Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin və kanala xidmət göstərən “Göygöl Suvarma Sisteməri” idarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən kanalın Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür