Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda aparılan danışıqları alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Biz mayın 10-11-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların keçirilməsini alqışlayırıq. Bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır. Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik. Lazım gələrsə, tərəfdaşlara hər cür kömək göstərməyə hazırıq”, - Zaxarova bildirib.
XİN rəsmisi Almatıdakı təmasların Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin yol xəritəsini müəyyən edən üçtərəfli sazişlər kompleksinə uyğun olmasını vacib hesab edib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür