Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonun Turşsu qəsəbəsində olublar.
BUTA.TV xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə layihə rəhbəri Elnur Abdullayev məlumat verib.
O bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə 202 nəfər köçürüləcək.
"Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı km-liyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır. Oktyabr ayınının sonunda 50 ailə üçün nəzərdə tutulan evin tikintisi başa çatacaq. Noyabr ayının əvvələrində isə 50 ailə olmaqla 202 nəfərdən ibarət sakinlərin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllin tapmışdır. İlkin mərhələdə kənd ərazisində, 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin tikintisi nəzərdə tutulub".
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski