Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul davam edir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində yaradılan 3 xüsusi təyinatlı hərbi kollecdən biri də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan hərbi kollecdə tədris korpusları və sinif otaqları, yataqxana və digər inzibati binalar müasir avadanlıqlarla təchiz edilib.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə hərbi kollecdə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları və digər obyektlər də mövcuddur.
Qeyd edək ki, Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul cari ilin may ayının 30-dək davam edir.
- Final fitini səsləndirəcək hakim barədə şok fakt üzə çıxdı - Video
- Messinin taleyini o tvit dəyişdi - Tarixi yenidən yazan iki Lionel - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi