Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, bu barədə partiyanın sədri - Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Feysbukda paylaşım edib.
"Dünən (14 may 2024-cü il) ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilmişdir.
Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı.
Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə vermişdir", - paylaşımda deyilib.
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski