Ötən həftə Bakıda səfərdə olan və Avropada Azərbaycana qarşı siyasəti tənqid edən Slovakiya baş naziri Robert Fitsonun güllələnməsi bizim üçün də diqqətçəkən hadisədir. Və təbii olaraq, baş nazirin güllələnməsinin pərdəarxası maraqlıdır.
Fitso rusiyameylli siyasətçi kimi tanınır, çıxışlarında və siyasətində bunu açıq şəkildə nümayiş etdirir. Ukrayna müharibəsində Qərbi ittiham edən mövqeyə malikdir, o cümlədən, Kiyevə hərbi texnika göndərilməsində iştirak etmək istəmir. Bu kontekstdə ona qarşı törədilən sui-qəsd diqqəti Qərbə yönəldir və belə görünür ki, Avropa öz daxilində “etiraz səslərini” boğur. Hərçənd, bir ölkənin baş nazirinin küçədə nümayişkərana formada güllələnməsi Qərbin taktikasına bənzəmir. Qərb siyasətini qəbul etmədiyi iqtidarlara qarşı siyasi-iqtisadi rıçaqlarını işə salır, yaxud “rəngli inqilab” ssenarisindən istifadə edir. Bu baxımdan, Fitso sui-qəsdi müəmmalıdır.
Polis tərəfindən saxlanılan sui-qədçinin təqaüdçü olması hadisədə daxili etiraz motivinin daha çox olduğuna dair ilkin ehtimalı önə çıxarır.
- Messinin taleyini o tvit dəyişdi - Tarixi yenidən yazan iki Lionel - Fotolar
- Qalibiyyətin nişanəsini daşıyacaqlar - DÇ-də tarixi yenilik - Video
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları