Hər iki tərəfin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədində yeni dirəklər yerləşdirəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Ofisi məlumat yayıb.
Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
- Zəngəzur məsələsində cəsarətli addım... - Pol Qobl
- Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan
- Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan
- Mübariz Mənsimov barəsində istintaq başladıldı
- Tramp Putinin ən dəhşətli kabusunu oyatdı - Eggert
- İranda etirazçılar öldürülsə... - Trampdan yeni xəbərdarlıq
- Reabilitasiya mərkəzindən qaçan Nəsimi Nəbizadə tapıldı
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi