Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında qərar qəbul olunub.
Toplanış sıravi heyətin, gizir və zabitlərin bacarıqlarını qorumaq üçün keçirilir. Ehtiyatda olan hərbçilərin də döyüş növbətçiliyinə cəlb olunacaqları bildirilib.
Toplanışlar iyunun 11-dən başlayacaq və avqustun 30-na kimi davam edəcək.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu