NATO müttəfiqləri Ukrayna qoşunlarına təlim keçməsi üçün bu ölkəyə hərbçilər göndərməyə çox yaxındır. Bu addım əvvəlki “qırmızı xəttin” növbəti dəfə keçilməsi olacaq və ABŞ-la Avropanı hərbi münaqişəyə sürükləyə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.
Bildirilib ki, Ukraynanın resurs çatışmazlığı kritik həddə çatıb və Rusiya Amerikanın silah tədarükünün gecikməsindən istifadə edərək uğurlarını sürətləndirir. Bu səbəbdən son həftələrdə Ukraynanın döyüş meydanındakı vəziyyəti xeyli pisləşib.
“Ukrayna hakimiyyəti amerikalı və NATO tərəfdaşlarından 150 min yeni əsgərə təlim keçməsini xahiş edib.
İndiyədək Birləşmiş Ştatlar “yox” desə də, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun cümə axşamı bildirib ki, NATO təlimçilərinin göndərilməsi qaçılmaz görünür”, - deyə bildirilib.
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski