Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
“Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.
Mayın 18-i axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında mayın 18-i gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək”, - deyə G.Məmmədova bildirib.
- Hava proqnozu dəyişdi: Bakıda yağış yağacaq
- Sən kimə dua edirsən?..
- Hərbçimiz həlak oldu - Fotolar
- 99 yaşlı Ömər Eldarov xəstəxanaya yerləşdirildi - Açıqlama-Yenilənib
- Bağçalarla bağlı yeni qayda təsdiqləndi
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu