Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi “Mersedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, Tofiq Həsənov Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi olub.
Universitetdən bildirilib ki, Tofiq Həsənov universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirib.
- Tələbələrə şad xəbər: nəqliyyat güzəşti... - Deputat
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski