Mikayıl İsmayılovun oğlunu ittiham edən qız həbs edildi

15:52 - 17 May 2024 - GÜNDƏM

 Mikayıl İsmayılovun oğlunu ittiham edən qız həbs edildi

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən keçmiş sevgilisi Fidan İsmayılzadə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Fidan İsmayılzadənin yaxınları bildirib.

Qeyd edək ki, Fidan İsmayılzadə mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənirdi.

Fidan İsmayılzadə açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, bu prosesdə vəkili Adəm Məmmədov da iştirak edib.

Onun sözlərinə görə, vəkil vasitəsi ilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.

Məsələyə Adəm Məmmədovun da mövqeyini öyrənməyə çalışacağıq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol