ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

14:46 - 18 May 2024 - GÜNDƏM

 ABŞ görüşü: Vaşinqton Bakı ilə 3 məsələni dəqiqləşdirir

Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda amerikalı rəsmilərlə görüşləri iki ölkə arasında ara verilməyən dialoqun tərkib hissəsidir. Hikmət Hacıyev növbəti görüşünü ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla keçirib. Vaşinqton Parisdən fərqli olaraq Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu dəyərləndirə bilir. Yeni Kataloniyada baş verənlər fonunda Fransa-Azərbaycan münasibətlərinin daha da gərginləşəcəyini ehtimal etmək olar.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Paris birbaşa və Avropadakı imkanlarından istifadə edərək Azərbaycan əleyhinə çirkin niyyətlərini həyata keçirməyə çalışacaq. Odur ki, belə vəziyyətdə rəsmi Bakının Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə ehtiyac var, əks halda iki cəbhədə diplomatik mübarizə Azərbaycana əlavə çətinliklər yarada bilər:

“Vaşinqtondakı görüşdə Azərbaycanla bağlı bu sualların səslənməsi mümkündür: 1. Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin bu il imzalanması nə dərəcədə realdır? 2. Azərbaycan Ermənistanın regional layihələrə qoşulmasına razıdırmı? 3. Rusiyanın danışıqlar prosesini əngəlləməsi mümkündürmü?

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Vaşinqton Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıqda maraqlıdır. Bu Azərbaycanın maraqları ilə üst-üstə düşür. Bu səbəbdən Vaşinqton Prezident İlham Əliyevin irəli sürdüyü “Qafqaz evi” ideyasını dəstəkləməlidir. Çünki bu ideyanın reallaşması Rusiya və İranın bölgəyə təsir imkanlarını minimuma endirəcək. Moskva ilə Tehranın Cənubi Qafqazda fəallığının əleyhinə olan Vaşinqton eyni zamanda Orta dəhliz layihəsinin əleyhinə olmamalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol