Yeni Kaledoniya 6 nəfərin ölümü ilə nəticələnən, günlərdir davam edən iğtişaşlardan sonra mühasirəyə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə BBC Yeni Kaledoniyanın paytaxtı Numea şəhərinin meri Sonya Laqarda istinadla məlumat verib.
Laqard bildirib ki, adada çoxsaylı ictimai binalar yandırılıb və yüzlərlə əlavə polis qüvvəsinin gəlməsinə baxmayaraq, vəziyyət olduqca ağırdır.
Fransanın daxili işlər naziri Jerar Darmanin Fransa polisi Numea ilə hava limanı arasındakı 60 kilometrlik yola nəzarəti bərpa etmək üçün böyük əməliyyata başlayıb.
Qeyd edək ki, baş verən iğtişaşlar nəticəsində 200-dən çox şəxs saxlanılıb.
- Günün qəhrəmanlarının - Fotoları
- AQTA heyvanların daşınması məsələsinə aydınlıq gətirdi
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək