Qərb ölkələrində faktların dili ilə danışa bilən siyasətçilər yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb siyasətçilərinin “Şimal axını” kəmərinin Rusiya tərəfindən partladıldığı ilə bağlı açıqlamalarına cavab olaraq deyib.
“Bunu təkcə Böyük Britaniyanın baş naziri Rişi Sunak deyil, Almaniya kansleri Olaf Şolz da deyib. Onların heç biri qızarmır, ən acınacaqlısı da budur. Çünki bu o deməkdir ki, indi Qərbdə praqmatik və faktlara söykənən siyasətçilər yoxdur. “Şimal axını” amerikalılar tərəfindən partladıldı. Qaz kəmərləri Almaniyanın çiçəklənməsini təmin etməli idi, ona görə də onların dağıdılması Almaniya iqtisadiyyatına təsir etdi”, - Lavrov bildirib.
- Hərbi Prokurorluqda əməliyyat müşavirəsi oldu
- Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
- Nazirlər Kabineti peşəkar mühasiblərə dair qərarını dəyişdi
- Baş nazirdən yeni qərar...
- Ucuz mənzillər hələ də satışdadır - Video
- Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək
- Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub
- “ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar