Laçına Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində gedən Fransanın səfiri Ann Buayon burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək istədiyini bildirib.
BUTA.TV xəbər verir ki, diplomat Report-a açıqlamasında onun Laçına ilk səfəri olduğunu qeyd edib.
“Bu mənim Laçına ilk gəlişimdir. Bu gün COP29-a həsr olunmuş tədbir keçirilir və hesab edirəm ki, bu, Azərbaycanın COP29 sədrliyinin prioritetləri haqqında daha çox öyrənmək üçün yaxşı fürsətdir. Bu bizə bu regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verdi", - səfir deyib.
Laçında aparılan bərpa-quruculuq işlərinin oyatdığı təəssürata gəldikdə isə diplomat buranın çox gözəl olduğunu vurğulayıb:
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır — EKSKLÜZİV
"Buranın spesifik yer olduğunu anlayıram, çünki Laçında Ağdam və digər bölgələrdə olan dağıntılar yoxdur. Burda bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək maraqlı idi".
COP29 çərçivəsində əməkdaşlıq barədə isə Fransa səfiri qeyd edib ki, belə bir əməkdaşlıq artıq var:
"COP29-un Prezidenti bir həftə əvvəl Parisdə idi. COP29 qlobal bir hadisədir, dünyanın və uşaqlarımızın gələcəyi üçün COP29-un uğurlarını dəstəkləməliyik".
- BƏƏ prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi...
- Hava limanında taksi 4 dəfə bahalaşdı – AYNA isə hamını ələ salır
- Lavrov təsdiqlədi: Azərbaycan bu müsabiqəyə qatılmayacaq
- Prezidentin Şuşada verdiyi tarixi mesajlar - 15 sentyabr detalı…
- Putini bir müsahibə ilə darmadağın etdi...
- Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto
- Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?
- Bakıda böyük dəyişiklik: Bu ərazilər yenidən qurulacaq - VİDEO